cümə, 02 may 2025

DÜNYA FUTBOLU

Ronaldo və Dibala “Yuventus”lu oyunçuları tənqid etdi

02.03.2020 11:30 Oxundu 344


“Yuventus”un hücumçuları Kriştiano Ronaldo və Paulo Dibala komandalarının yarımmüdafiə xəttini tənqid ediblər.

Cemрion.az xəbər verir ki, onlar komanda yoldaşlarının Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a qarşı oyundakı (0:1) fəaliyyətlərindən narazı qalıblar.

Qeyd edilir ki, hər iki oyunçu ikinci hissədə meydana çıxanda tuneldə öz aralarında dialoq aparıblar. Bu isə kameraya düşüb. Ronaldo və Dibala yarımmüdafiəçilərin onları lazımi şəkildə topla təmin etmədiyini bildiriblər.