02.03.2020 02:42
393

İspaniya La Liqasında XXVI turun mübarizəsi başa çatıb.
Cempion.az xəbər verir ki, bütün diqqətlər "Santyaqo Bernabeu"dakı qarşılaşmaya yönəlib.
Əzəli rəqiblər "Real"la "Barselona" La Liqa tarixində 180-ci "El Klasiko" matçına çıxıblar. Buna qədər komandaların hərəsinin aktivində 72 qələbənin olması və çempionluq mübarizəsi aparması qarşılaşmanın əhəmiyyətini daha da artırırdı.
"Barselona"nı ölkə çempionatında sonuncu dəfə 2016-cı ildə, Madriddə isə 2014-cü ildə məğlub edən "kral klubu" müvafiq olaraq 7 və 4 oyunluq həsrətə, nəhayət ki, son qoyub. Bu qələbə "Real"ı turnir cədvəlində zirvəyə yüksəldib.
"Real" - "Barselona" 2:0
Vinisius, 71, Mariano Dias, 90+2