cümə, 02 may 2025

DÜNYA FUTBOLU

İngiltərə Liqa Kubokunun qalibi - “Mançester Siti”

02.03.2020 14:30 Oxundu 381


İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

Cempion.az xəbər verir ki, həlledici oyunda “Mançester Siti” ilə “Aston Villa” komandaları qarşılaşıb.

Londonun “Uembli” stadionunda keçirilən matçda qapılara üç qol vurulub. “Mançester Siti" 2:1 hesablı qələbə ilə baş mükafata sahib çıxıb.

"Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa Kubokunun qalibi olur. Bütövlükdə isə “şəhərlilər” 7-ci dəfədi bu turnirin ən güclüsü adını qazanırlar.

"Aston Villa" – "Mançester Siti" 1:2

Qol: Samatta, 41 - Aquero, 20. Rodri, 30.