çərşənbə, 04 iyun 2025

DÜNYA FUTBOLU

Fransada azarkeşlər arasında qarşıdurma

02.03.2020 18:20 Oxundu 416


Futbol üzrə Fransa çempionatının 27-ci turu çərçivəsində keçiriləcək “Olimpik” (Lion) – “Sent-Etyen” matçından əvvəl hər iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb.

Cempion.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qarşıdurmada 100-ə yaxın fanat iştirak edib. Azarkeşlər arasında baş verən dava polisin müdaxiləsindən sonra bitib.

Qarşıdurma zamanı “Sent-Etyen”in 9 azarkeşi yaralanıb. Yaralılardan üçü isə xəstəxanalıq olub.

Bu gün keçiriləcək “Olimpik” – “Sent-Etyen” matçına saat 00:00-da start veriləcək.