02.03.2020 14:45
381


El Klasikoda “Real”a 0:2 hesabı ilə uduzan “Barselona”nın çalışdırıcısı Kike Setyen oyun barədə fikirlərini bölüşüb.
Cempion.az xəbər verir ki, O, məğlubiyyətin sarsıdıcı olmadığını deyib: “Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Fasilədən sonra isə “Real” fəallaşdı və biz ötürmələrdə səhvlərə yol verməyə başladıq. Rəqibi təbrik edirəm, “Real”ın haqqını vermək lazımdır. Messi bizim üçün vacib oyunçudur, amma yalnız ona bağlı olmamalıyıq. Bu dəfə Leo görüşün taleyini təkbaşına həll edə bilmədi. Ancaq uduzmaq bizi hədəfimizdən yayındırmır. Çünki “Real” yalnız 1 xal öndədir”.