çərşənbə, 04 noyabr 2026

DÜNYA FUTBOLU

“Trabzonspor”da ayrılıq

02.03.2020 16:15 Oxundu 484


Türkiyənin “Trabzonspor” klubu futbolçusu Daniel Starriclə yollarını ayırıb.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ingilis hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, karyerası ərzində “Mançester Siti”, “Liverpul”, “Çelsi” kimi komandalarda çıxış edən Starric, 2019-cu ilin yayından “Trabzonspor”da idi.