cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Əliyevin komandası  “Krasnodar”la bacarmadı

02.03.2020 16:45 Oxundu 392


Futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları baş tutub.
Cempion.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə, bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ufa” 20 turdan sonra 25 xalla 16 kollektiv arasında 8-ci sırada qərarlaşıb.