
Azərbaycanlı futbolçu Murad İsmayılzadə bundan sonra Gürcüstan klubu “Şevardeni-1906” şərəfini qoruyacaq.
Cempion.az xəbər verir ki, 22 fevraldan komandanın təlim-məşq toplantısına qoşulan gənc futbolçu ilə paytaxt təmsilçisi arasında martın 1-də bir illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçiyə 21 nömrəli forma altında çıxış edəcək.
“İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” klublarında çıxış edib, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub.
Tbilisi şəhərinin təmsil edən “Şevardeni-1906” komandası Qafqazın ən qədim idman cəmiyyətlərindən biri sayılır, 1911-ildə gürcü futbolunun təməlini qoyan komanda kimi tarixə keçib. 1987-ci ildə SSRİ çempionatının 2 liqa 9 zonasında debüt edib. 1990-cı ildən Gürcüstanın yüksək liqasında, 2001-ci ildən isə I divizionda çıxış edir.
Qeyd edək ki, başqa bir azərbaycanlı futbolçu Nicat Qurbanov hazırda Gürcüstanın “Samtredia” komandasında çıxış edir.