02.03.2020 20:37
390

İspaniya La Liqasının 25-ci turunun “Levante” ilə matçında zədələnən “Real”ın futbolçusu Eden Hazard əməliyyat olunacaq.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçunun ABŞ-da əməliyyat olunacağı qeyd edilib.
Xatırladaq ki, 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçən Hazard, “kral klubu” ilə La Liqada bu mövsüm 10 oyunda iştirak edib və 1 qol vurub.