şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"Messi son vaxtlar keçmiş futbolçu kimi görünür"

02.03.2020 22:08 Oxundu 377


Argentina millisinin sabiq qapıçısı Huqo Qatti ötən gün keçirilən "El-Klassiko"dan sonra  “Barselona”nı və həmyerlisi Lionel Messini tənqid edib.

Cempion.az xəbər verir ki, o, Messinin vacib matçlarda yaxşı çıxış edə bilmədiyini deyib: “Real” layiqli qələbə qazandı. “Barselona” rəqibindən fərqli olaraq zəif çıxış etdi. Min il futbol oynamışam. Messi dünyanın ən yaxşısıdır. Ancaq böyük matçlarda yaxşı oynamır. Argentinalı olduğuma görə bunu demək məni  ağrıdır. Messi son vaxtlar keçmiş futbolçu kimi görünür. Reallıq budur".

Qeyd edək ki, “Real” - “Barselona” görüşü Madrid təmsilçisinin  2:0 hesablı üstünlüyü ilə başa çatıb.