02.03.2020 23:15
499
499

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Polşa yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millinin baş məşqçi Siyasət Əsgərov 21 oyunçuya dəvət göndərib. Onlardan 15-i xaricdə çıxış edir.
Komanda 3 - 11 martda Bakıda təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa matçı saat 18:00-da başlayacaq.
| N | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | "Keflavik" (İslandiya) |
| 2 | Əsgərzadə | Elvira | "8–iOEUGiM" (Baku) |
| 3 | Mirzaliyeva | Nigar | "Balxurma" (Balakən) |
| 4 | Məmmədova | Kamilla | "Balxurma" (Balakən) |
| 5 | Hacıyeva | Nərgiz | "Fatih Vatan" (Türkiyə) |
| 6 | Acar | Yeliz | "Fatih Vatan" (Türkiyə) |
| 7 | Məhsimova | Jalə | "İjevsk" (Rusiya) |
| 8 | Dorofeyeva | Alina | "Yenisey" (Rusiya) |
| 9 | Qasviani | Salome | "Lanchkhuti" (Gürcüstan) |
| 10 | Əhmədova | Ayşən | "Okjetpes" (Qazaxıstan) |
| 11 | Quliyeva | Roza | "Nike" (Gürcüstan) |
| 12 | Bozkaya | Neslihan | "Kemer" (Türkiyə) |
| 13 | Parlak | Nazlıcan | "Piros Security" (Ruminiya) |
| 14 | Bakarandze | Kristina | "Hakkarigücü" (Türkiyə) |
| 15 | Əliyeva | Aysun | "Fatih Vatan" (Türkiyə) |
| 16 | Sərdarlı | Rövşanə | "Nike" (Gürcüstan) |
| 17 | Rəhimova | Sona | "8-iOEUGiM" (Bakı) |
| 18 | Nemətova | Aytac | "8-iOEUGiM" (Bakı) |
| 19 | Teymurova | Firəngiz | "İjevsk" (Rusiya) |
| 20 | Əliyeva | Coşqunə | "Marxal" (Şəki) |
| 21 | Gözükara | Mislina | "ALG Spor" (Türkiyə) |