şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Türkiyədə 24-cü tura yekun vurulub

03.03.2020 00:00 Oxundu 419


Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Cempion.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. "Başakşəhər" doğma meydanda "Qaziantep"i qonaq edib və  3:1 hesabı ilə qələbə qazanıb. "Kayserispor" isə "Göztepe"yə münimal hesabla qalib gəlib 1:0.

"Başakşəhər" - "Qaziantep" - 3:1
Qollar
: Klişi, 51 (1:0), İrfan Kahveci, 63 (2:0), Ozer, 72 (2:1), Demba Ba, 76 (3:1)

"Kayserispor" - "Göztepe" - 1:0
Qol
: Mesanoviç, 70

Qeyd edək ki, 24 turdan sonra "Başakşəhər" 49 xalla 1-ci, "Trabzonspor" 48 xalla (23 oyundan) 2-ci, "Qalatasaray" 48 xalla 3-cüdür.