03.03.2020 12:00
419

Son günlər bütün dünyanın bəlasına çevrilən koronavirus artıq Azərbaycan futbolunun da «qapısını döyüb».
Cempion.az xəbər verir ki, AFFA epidpemiya halını alan xəstəliklə əlaqədar 2 çempionatın oyunlarını təxirə salıb.
Söhbət martın 4-5-də keçirilməli olan 16 və 19 yaşlıların birinciliyindən gedir. Həmçinin həftəsonuna təsadüf edən digər yaş qrupları üzrə çempionatın bütün qarşılaşmaların ertələnməsi gözlənilir.