şənbə, 03 may 2025

BİZİM FUTBOL

Bu gün Millətlər Liqasının püşkü atılır: Yığmamızın potensial rəqibləri

03.03.2020 13:00 Oxundu 409


Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək

Cempion.az xəbər verir ki, Azərbaycan millisi C Liqasının 4-cü səbətində yer alıb. Yığma öz səbətində yer alan digər 3 komanda ilə bir qrupa düşə bilməz.

Hər səbətdən bir komanda Azərbaycana rəqib olacaq. Püşk sabah Bakı vaxtı ilə 21:00-da atılacaq.

Azərbaycan milli komandasının potensial rəqibləri:

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan;
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr;
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq;
4-cü səbət:Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova.