şənbə, 03 may 2025

BİZİM FUTBOL

Ştuxlik AFFA rəhbərliyinə hansı narazılığını çatdırıb? - EKSKLÜZİV!

03.03.2020 15:00 Oxundu 449


AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakimliyin mövcud durumu ilə bağlı icraçı vitse-prezident Elxan Məmmədova şikayət edib.

Cempion.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, avstriyalı son turlarda baş verən hakim səhvləri və bununla bağlı ictimaiyyətdə yaranan narazılıq haqda fikirlərini bildirib.

Bunun əsas səbəbini də hakimlərin qışda ölkə xaricində toplanış keçməməsi və oyun praktikalarının olmaması ilə izah edib. Məmmədov isə artıq bu haqda danışmağın gec olduğunu və yalnız yayda nə isə etməyin mümkünlüyünü bildirib.