03.03.2020 17:00
450


Xəbər verdiyimiz kimi bu yaxınlara AFFA-nın təşkilatçılığı ilə futbol veteranları bir araya gəldi. Həmin toplantıda icraçı vitse-prezident Elxan Məmmədov da iştirak ediri.
Cempion.az-ın əldə etdiyi məlumata görə, mətbuata qapalı olan həmin görüşdən sonra bəzi veteranlara şantaj xarakterli xəbərarlıqlar olub.
Bu xəbərdarlıq xüsusilə AFFA-nı tənqid edən və Nazim Süleymanovun yaratdığı Futbol İctimaiyyətinin Həmkarlar İttifaqında yer alan veteranlara edilib . Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayev açıq şəkildə deyib ki, kim AFFA haqqında tənqidi fikirlər səsləndirsə, onların təqaüdü kəsiləcək.
Maraq üçün deyək ki, Həmkarlar ittifaqına üzv olan Asəf Namazov, Səmədağa Şıxlarov, Orucəli Durmuşov, Novil İsmayılov və Samir Ələkbərov AFFA-dan futbol veteranı kimi təqaüd alır.