şənbə, 03 may 2025

BİZİM FUTBOL

Renat Dadaşov "Tottenhem"lə oyunda dubl etdi - VİDEO

03.03.2020 10:25 Oxundu 435


İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası 18-ci turda səfərdə “Tottenhem"li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.
 
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib. 
 
“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.