şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Avrokubokların finalları bu stadionlarda olacaq

03.03.2020 12:18 Oxundu 391


UEFA 2022-ci ildəki Avropa Liqası, 2022 və 2023-cü illərdəki UEFA Superkubokunun məkanını açıqlayıb.

Cempion.az UEFA-nın saytına istinadən xəbər verir ki, Avroliqanın final oyunu 2022-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Super Kuboku 2022-ci ildə Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.

Bu qərarlar UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.