şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"Liverpul"da baş məşqçi dəyişikliyi

03.03.2020 18:20 Oxundu 403


“Liverpul”da baş məşqçi ayrılığı baş verib.

Cempion.az xəbər verir ki, Mersisayd təmsilçisinin U-23 komandasının çalışdırıcısı Nil Kritçli vəzifəsindən ayrılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kritçli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kritçli bu mövsüm “Liverpul”un əsas komandasında İngiltərə Liqa kubokunun “Aston Villa” və Federasiya kubokunun “Şrusberi Taun” klublarıyla matçda baş məşqçilik edib.

“Liverpul” bu matçlarda “Aston Villa”ya uduzub, “Şrusberi Taun”la isə bir heç-heçə, bir də qələbə qazanıb. Kritçli Çempionşip təmsilçisi “Blekpul”u çalışdıracaq.