şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"İnter"in prezidentindən açıqlama

03.03.2020 11:47 Oxundu 387


"İnter prezidenti Stiven Çjan  A Seriyasının rəhbəri Paolo Dal Pinonun koronavirusdan  mübarizə metodunu tənqid edib.
Cempion.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində yazıb. Ölkə çempionatındakı "Yuventus"la oyunlarının koronavirus səbəbindən qarşıdakı tarixlərdən birində oynanılamasına narazı olan klub rəhbəri Dal Pino haqda yazıb:

"Təqvimlə oynayın və hər zaman insanların sağlamlığını ikinci planda saxlayın. Yəqin ki, indiyə kimi gördüyüm ən böyük təlxəksən. 24 saat, 48 saat,7 gün və ya başqa bir tarix? Növbəti addımınız nə olacaq? İndi idmandan və ədalətli rəqabətdən danışırsınız? Oyunçularımızı və məşqçilərimizi qorumayıb, onlardan gündə 24 saat, həftədə 7 gün fasiləsiz oynamağımızı istəyirsiniz? Bəli, bunları sizə deyirəm, Paolo Dal Pino. Utan!  Dünyadakı hər kəs, "İnter"i  və ya "Yuventus" u dəstəkləməsindən asılı olmayaraq, təhlükəsiz olmalıdır. Xahiş edirəm! Bu, sizin üçün, ailəniz və cəmiyyətimiz üçün ən vacib şeydir".