şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"Yuventus" - "Lion" matçı azarkeşsiz keçirilə bilər

03.03.2020 20:07 Oxundu 402


Çempionlar Liqasının 1/8 final mərhələsinin "Yuventus" - "Lion" cavab oyunu koronavuris səbəbindən azarkeşsiz keçirilə bilər.

Cempion.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Bildirilir ki, UEFA bununla bağlı İtaliyadakı vəziyyəti yaxından izləyir.

Qeyd edək ki, "Yuventus" - "Lion" görüşü martın 17-i keçiriləcək. Bu komandalar arasında ilk matçda Turin klubu 0:1 hesabı ilə uduzub.