şənbə, 03 may 2025

BİZİM FUTBOL

Ştuxlik postunu tərk edəcək

03.03.2020 13:33 Oxundu 393


AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlik postunu tərk edəcək.

Cempion.az xəbər verir ki, avstriyalı ilə iş birliyi AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədovun ürəyincə deyil.

Yetərincə böyük məbləğdə əməkhaqqı alan Ştuxliki yaxın münasibətdə olduğu sabiq yunan referi Kiros Vassarasın təklifi ilə AFFA-ya gətirən Elxan bəy artıq yanlış addım atdığının fərqindədi.

İşinə ciddi yanaşmayan, ədalət təmsilçilərinin səviyyəsinin yaxşılaşması baxımından heç nə ilə yadda qalmayan sədr mövsümün sonunda yola salınacaq.