
Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq.
Cempion.az xəbər verir ki, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.
Qurumun rəsmisi bildirib ki, məsələ ilə bağlı iclas keçirilib və digər ölkələrdən də nümunə götürülüb:
"Təkcə təhsil ocaqları istisnadır. AFFA bu üzdən məktəblilərin çıxış etdiyi çempionatların oyunlarını təxirə salıb. Premyer Liqa görüşləri öncədən nəzərdə tutulduğu qaydada keçiriləcək. Birinci Divizionun matçları da həmçinin. Məsələn, koronovirusun geniş yayıldığı İtaliyada sadəcə bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması məsələsi gündəmdə deyil. Oyunların keçirilməsi ilə bağlı hər hansı bir problem yaranarsa (ezam, tibbi, təhlükəsizlik) komandaların fərdi müraciəti olarsa, bu məsələlərə baxıla bilər”.
Onun sözlərin görə, "yalnız hansısa klub bizə müraciət edəcəyi və səbəb göstərəcəyi halda müraciətə baxıla bilər".
Qeyd edək ki, daha öncə AFFA bütün liqalardakı oyunları koronavirusa görə təxirə salıb.