şənbə, 03 may 2025

BİZİM FUTBOL

AFFA "Neftçi", "Zirə" və "Sumqayıt"ı cəzalandırdı

03.03.2020 14:45 Oxundu 689


AFFA İntizam Komitəsi "Neftçi", "Zirə" və "Sumqayıt" klublarını 800 manat məbləğində cərimələyib. 
Cempion.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, 1 mart, Premyer Liqanın XIX turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
 “Zirə” – “Qəbələ” qarşılaşmasında “Zirə” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
 
 “Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
 
28 fevral, I Divizionun XVII turunun “Səbail-2” – “Qarabağ-2” oyununda top daşıyan şəxslərin sayı əsasnamədə göstəriləndən az olduğu üçün “Səbail-2” klubu 80 manat cərimə olunur.
 
MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
Matç bitdikdən sonra oyunun videoyazısı hakim-inspektora təqdim edilmədiyi üçün MOİK klubu 80 manat cərimə olunur.
 
“Sumqayıt-2” klubu soyunub-geyinmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən “Sumqayıt-2” klubu 240 manat cərimə olunur.
 
29 fevral, futzal üzrə Birinci Liqanın “Star Kargo” – “Red Line” matçında “Red Line” komandasının futzalçısı Elnur Süleymani sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Baker Hughes” – “Zirvə Bakı-2” matçında “Baker Hughes” komandasının futzalçısı Anar Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
“Baker Hughes” komandasının futzalçısı Camal Mahmudov nalayiq ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
 
 “Zülfüqar” – “Hövsan” matçında “Hövsan” komandasının futzalçısı Rufin Sarıyev aqressiv davranışa görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
2 mart, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Araz” matçında “Araz” komandasının futzalçısı Eshaq Surğalinin kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
29 fevral, Region Liqasında keçirilən “İrəvan FK” – “Qardaşlar” oyununda  “İrəvan FK” komandasının heyətində N4 futbolçu Hüseyn Kazımzadə qarşılaşmanın 33-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Energetik” – “Qoşqar” UGİM-2 (Gəncə) oyununda “Qoşqar” UGİM-2 (Gəncə) komandasının heyətində N3 futbolçu Bünyamin Ələsgərov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Neftçala” - “Alyans” oyununda “Neftçala” komandasının heyətində N9 futbolçu Sehran Abbasov qarşılaşmanın 86-cı dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Kəngərli” – NDU oyununda NDU komandasının heyətində N5 futbolçu Orkhan Gourbani qarşılaşmanın 8-ci dəqiqəsində təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
 
 “Sədərək” – “Arpaçay” (Şərur) oyununda “Sədərək” komandasının heyətində N7 futbolçu Cəmaləddin Zeynalov qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Matç bitdikdən sonra “Sədərək” komandasının heyətində N11 futbolçu Sərxan Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır.
 
 “Araz” (Naxçıvan) – “Əlincə” (Culfa) oyununda “Əlincə” (Culfa) komandasının heyətində N6 futbolçu Sərxan Tağıyev qarşılaşmanın 20-ci dəqiqəsində qırmızı vərəqə ilə meydanı tərk edən zaman hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır.
 
25 fevral, Gənclər Liqasında keçirilən “Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” komandasının heyətində N27 futbolçu Elnar Əkbərov qarşılaşmanın 85-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
29 fevral, Bakcell U-17 Liqasında keçirilən “Tufan” - “Keşlə” oyununda “Keşlə” komandasının heyətində N7 futbolçu Kamal Kazımov qarşılaşmanın 40-cı dəqiqəsində hakimi təhqir etdiyinə etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
 
 “İsgəndər Cavadov BFA” - “Kəpəz” oyununda “İsgəndər Cavadov BFA” komandasının heyətində N5 futbolçu Akşin Abadov qarşılaşmanın 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq,  köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirdiyi üçün 20 oyun cəzalanır.
 
27 fevral, U-16 Liqasında keçirilən “Qəbələ” - “Neftçi” İK İB oyununda “Qəbələ” komandasının heyətində N5 futbolçu Murad Musayev qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
29 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən “İsgəndər Cavadov BFA” –“Keşlə” oyununda “İsgəndər Cavadov BFA” komandasının heyətində N7 futbolçu Məhəmməd Mütəllibov qarşılaşmanın 27-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 “Qarabağ” - “Sabah” oyununda “Qarabağ” komandasının heyətində N8 futbolçu Vüsal Hüseynli qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
29 fevral, U-14 Liqasında keçirilən “Keşlə” – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində N4 futbolçu Əli Məmmədli qarşılaşmanın 55-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
1 mart, U-12 Liqasında keçirilən “Vətən” – “Neftçi” PFK oyununda “Vətən” komandasının heyətində N23 futbolçu Kərim Şükürlü qarşılaşmanın 48-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.