şənbə, 03 may 2025

BİZİM FUTBOL

Rövnəq Abdullayev püşkatma mərasiminə qatılacaq

03.03.2020 15:20 Oxundu 441


AFFA-nın prezidenti Rövnəq Abdullayev Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasında 2020/2021-ci il mövsümünün püşkatma mərasiminə qatılacaq.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov da iştirak edəcəklər.

Qeyd edək ki, püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.