03.03.2020 16:00
420

Azərbaycan I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınması barədə qərar qəbul edib.
Cempion.az xəbər verir ki, XVIII tur qarşılaşması MOİK rəhbərliyinin müraciəti əsasında başqa vaxta salınıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.