03.03.2020 17:47
976


Bir vaxtlar Azərbaycan millisində də çıxış etmiş hal-hazırda "Sabah"ın əsas heyətindən kənarda qalan Elşən Abdullayevin son vəziyyətinə aydınlıq gəlib.
Klubun Mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Cempion.az-a verdiyi məlumata görə, yarımmüdafiəçinin bir neçə müddətdir ki, yaşıl meydanlardan kənarda qalmasının səbəbi ciddi zədə almasıdır. Klubrəsmisi bildirib ki, Elşən Abdullayevin uğurlu əməliyyat keçirib və tezliklə komanda ilə birgə məşqlərə başlayacaq.
Qeyd edək ki, E.Abdullayev 2018-ci ilin iyulunda "Qarabağ"dan "Sabah"a transfer olub.