03.03.2020 18:45
412

“Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi “Koritiba”dan Braziliyanın gənclər millisinin üzvü olan Yan Koutonu heyətinə cəlb edib. 17 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Kouto “Mançester Siti”yə yayda qoşulacaq.
Koutonun “Barselona”ya transfer olunacağı gözlənilirdi. Çünki qış transfer pəncərəsi dövründə Koutonun Kataloniya təmsilçisi ilə razılaşdığı bildirilirdi.