03.03.2020 19:25
495

Millimizin əlcək sahibi Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.
Cempion.az xəbər verir ki, 25 yaşlı təcrübəli qapçı Premyer Liqa təmsilçisi "Zirə" ilə müqavilə imzalayıb. Onun bu mövsümün sonuna kimi Bakı klubunda oynayacağı vurğulanıb.
"Zirə" klubundan Cempion.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, E.Balayev bu qış "Tobol"u tərk edib. O, bu ay Norveçin "Bude-Qlimt" klubuna keçməyə yaxın olsa da, bu transfer maliyyə məsələləri səbəbindən alınmayıb.