şənbə, 03 may 2025

BİZİM FUTBOL

Millimizin rəqibləri müəyyənləşdi

03.03.2020 22:55 Oxundu 470


Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
Cempion.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə millimizin C Liqasındakı rəqibləri müəyyənləşib. Yığmamız Lüksemburq, Kipr və Monteneqroya rəqib olub. Oyunlara bu ilin sentyabrında start veriləcək.

 

C liqası

1-ci qrup


Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro



2-ci qrup

Ermənistan
Estoniya
Makedoniya
Gürcüstan


3-cü qrup

Moldova
Sloveniya
Kosovo
Yunanıstan


4-cü qrup

Qazaxıstan
Litva
Belarus
Albaniya



Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 - 6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya millisidir.