şənbə, 03 may 2025

BİZİM FUTBOL

Elxan Məmmədov: "Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq"

03.03.2020 23:53 Oxundu 442

"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir".
Cempion.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirərkən deyib.

O, AFFA-nın saytına açıqlamasında yığmamızın normal qrupa düşdüyünü və bu rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.