04.03.2020 00:09
417

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
Cempion.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.
“Trabzonspor” doğma azarkeşləri önündə “Fənərbaxça”nı qəbul edib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbəyə sevinib.
İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal “sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.
Digər yarımfinal görüşü “Antalyaspor”la “Alanyaspor” arasında baş tutacaq.
Türkiyə kuboku, yarımfinalın ilk oyunları
3 mart
Trabzonspor – Fənərbaxça 2:1
Qol: Sörlot, 46. Novak, 66 – Muriqi, 82.
4 mart
21:30. Antalyaspor – Alanyaspor