04.03.2020 11:40
428

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı ləğv olunub.
Cempion.az xəbər verir ki, səbəb koronavirus epidemiyasıdır.
Yığmamızn martın 16-da sözügedən ölkəyə yollanmalı, yerli komanda ilə 2 yoldaşlıq görüşündə myedana çıxmalıydı. Son qərar Samir Əliyevin bütün planlarını pozub.
Çünki U-19 nə fevral, nə də martda beynəlxalq oyun keçirə bilib. O, aprel və sonrakı aylarda yoldaşlıq görüşü və təlim-məşq toplanışı təşkil etmək niyyətindədir.
U-19 Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsində 8-ci qrupda Fransa, Yunanıstan və Moldova ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 7-də, 10-da və 13-də Moldovada keçiriləcək.