04.03.2020 11:00
401

Futbol üzrə İngiltərə kubokunun 1/8 final matçında “Çelsi” “Liverpul”la qarşılaşıb.
Cempion.az xəbər verir ki, oyun “Stemford Bric” stadionunda baş tutub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada qolları Villian (13-cü dəqiqə) və Ross Barkli (64-cü dəqiqə) vurub. Bu qələbədən sonra “Çelsi” 1\4 final mərhələsinə vəsiqə qazanıb.
Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.
Qeyd edək ki, bu, “Liverpul”un bu mövsümdə ardıcıl olaraq ikinci məğlubiyyətidir
.