şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Faruk Hacibeqiç: "Yaxşı qrupa düşdüymüzə görə sevinirem"

04.03.2020 12:00 Oxundu 430


Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının püşkünü dəyərləndirib.
Cempion.az xəbər verir ki, 62 yaşlı mütəxəssis yerli federasiyanın saytına açıqlamasında bildirib ki, qrupdakı istənilən komanda ilk  yer uğrunda mübarizə apara bilən gücə qadirdi:
 
"Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq. Hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
 

Qeyd edək ki, Kipr, Monteneqro, Azərbaycan və Lüksemburq yığmaları Millətlər Liqasında eyni qrupda mübarizə aparacaqlar.