şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

“Yuventus”-“Milan” oyunu təxirə salınıb - Koronavirusa görə

04.03.2020 12:15 Oxundu 395

İtaliya kubokunun yarımfinalında “Yuventus”la “Milan” arasında bu gün baş tutmalı olan cavab qarşılaşması təxirə salınıb.
Cempion.az xəbər verir ki, İtaliyada koronavirusun sürətlə yayılmasına görə, yerli futbol federasiyası bu qarşılaşmanın da tarixini dəyişib . Hələlik qarşılaşmanın nə vaxt keçriləcəyi məlum deyil.

Xatırladaq ki, Komandaların Milandakı ilk oyununda heç-heçə qeydə alınmışdı - 1:1.
 
Qeyd edək ki, koronavirus epidemiyasına görə A Seriyasının bir neçə oyunu təxirə salınıb.