bazar ertəsi, 19 may 2025

DÜNYA FUTBOLU

Xavi: "Qətərdə inanmayacağınız qədər xoşbəxtəm"

04.03.2020 12:30 Oxundu 419

“Barselona”da bir dönəm əfsanə olan və indilərdə Qətərin “Əll Sadd” klubunu çalışdıran Xavi Hernandez maraqlı reportaj verib.
Cempion.az xəbər verir ki, keçmiş ulduz futbolçu 5 ildir Qətərdə olduğunu, bu ölkəyə heyran qaldığını və burada heç bir problemlə qarşılaşmadığını bildirib.
“4 il əvvəl futbol oynayırdım, indi isə baş məşqçilik edirəm. Burada olduğuma görə çox xoşbəxtəm. Bu ölkədə nə qədər rahat olduğumu təsəvvür belə edə bilmərsiz. Bura Barselonadan çox fərqlidir. İnsanları çox zəhmətkeş ən əsası isə inanılmaz qonaqpərvərdilər. Cinayət yox, şəhər isə həddindən artıq təhlükəsizdir. Mən də Qətərdə rahat yaşayıram. Burada qanunlar düşündüynüzdən daha güclüdür. Bu səbəbdən nə özüm üçün, nə də ailəm üçün heç bir qorxum yoxdur”.