şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

İngiltərədən ABŞ klubuna

04.03.2020 12:50 Oxundu 387


“Tottenhem”in yarımmüdafiəçisi Viktor Vanyama ABŞ-ın “Monreal İmpakt” klubuna transfer olub.
Cempion.az  xəbər verir ki, bu barədə MLS klubunun saytı məlumat yayıb. Müqavilənin şərtlərini açıqlanmayıb.

Qeyd edək ki, "Tottenhem" Kenya millisinin üzvünü 2016-cı ildə "Sauthempton"dan 14 milyon avroya transfer edib. O, London klubunda ümumilikdə 69 oyunda 6 qol vurub.