cümə axşamı, 02 aprel 2026

BİZİM FUTBOL

“Qarabağ” məşqləri təxirə saldı

04.03.2020 13:07 Oxundu 631


“Qarabağ” aşağı yaş qruplarında məşqləri ləğv edib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə "Qarabağ"ın Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.