04.03.2020 14:20
432


PSJ-nin futbolçusu Kilian Mbappe olimpiadada iştirak edə bilməyəcək.
Cempion.az xəbər verir ki, Paris klubu Mbappeni Tokioya buraxmaq niyyətində deyil. PSJ rəhbərliyi bununla bağlı Fransa Futbol Federasiyasına məktub göndərib.
Məktubda qeyd olunub ki, klub, Kilianı Olimpiadaya buraxmayacaq. Mbappenin adı bir müddət əvvəl açıqlanan ilkin siyahıda var idi.
Klub rəhbərliyi hesab edir ki, Kilian olimpiadada iştirak etsə, yeni mövsümə yorğun başlayacaq, bu da onun oyununa mənfi təsir edəcək.