şənbə, 03 may 2025

BİZİM FUTBOL

Emil Balayev Norveçdə niyə qalmayıb?

04.03.2020 15:00 Oxundu 516

Bir müddət bundan qabaq Norveçdə olan və "Bode Qlimt"lə danışıq aparan Emil Balayev geri dönərək "Zirə" ilə müqavilə bağlayıb.

Cempion.az-a daxil olan məlumata görə futbolçunun Norveç klubu iləı anlaşa bilməməsinin səbəbi məişət məsələsi olub.

Belə ki, klub futbolçuya qalmaq üçün ev verməyib. Daha doğrusu, ona bazada qalmağı təklif edib. Futbolçu isə ayrıca ev istəyib. Klub da bu təklifi qəbul etməyib. Bildirilib ki, futbolçu ev istəyirsə, kirayə xərcini özü qarşılamalıdır. Futbolçu isə bu təklifi qəbul etməyib və Bakıya dönüb.