şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Rakitiç “Atletiko” yolunda

04.03.2020 13:47 Oxundu 407

“Barselona”nın futbolçusu İvan Rakitiç “Atletiko”ya transfer olmağa çox yaxındır.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu yarımmüdafiəçi ilə razılığa gəlib. Tərəflərin fevralın 20-də görüşdüyü və ortaq məxrəcə gəldiyi bildirilir.
Xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi çıxışını İspaniyada davam etdirmək istəyir. Buna görə də futbolçunun ailəsinin Madriddə ev almaq üçün seçim apardığı qeyd olunub.

Qeyd edək ki, Rakitiçin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.