şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Avropa çempionatına 100 gün qalır

04.03.2020 14:00 Oxundu 401


İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalır. 
Cempion.az xəbər verir ki, bununla əlaqədar UEFA-nın rəsmi saytı iştirakçı milli komandaların heyətində 100 oyun həddini keçən futbolçuların siyahısını dərc edib. Siyahıda Türkiyə millisinin kapitanı Emre Belözoğlu da yer alıb. 

100 oyun həddini keçən futbolçular: 

1. Serxio Ramos (İspaniya) - 170 oyun

2. Kriştianu Ronaldu (Portuqaliya) - 164

3. Luka Modriç (Xorvatiya) - 127

4. Joao Moutinyo (Portuqaliya) - 121

5-6. Yan Vertongen (Belçika) - 118

5-6. Sebastyan Larsson (İsveç) - 118

7. Serxio Buskets (İspaniya) - 116

8. Uqo Lyoris (Fransa) - 114

9. Robert Levandovski (Polşa) - 112

10. Yakub Blaşikovski (Polşa) - 108

11-12. Pepe (Portuqaliya) - 108

11-12. Ştefan Lixştayner (İsveçrə) - 108

13-14. İvan Rakitiç (Xorvatiya) - 106

13-14. Eden Azar (Belçika) - 106

15. Aksel Vitsel (Belçika) - 105

16. Corco Kyellini (İtaliya) - 103

17. Emre Belozoğlu (Türkiyə) - 101

Bu say UEFA Millətlər Liqasının pley-off mərhələsi vasitəsilə vəsiqə şanslarını qoruyan komandaların futbolçuları Marek Hamşik (Slovakiya, 120 oyun), Stiven Devis (Şimali İrlandiya, 117), Balaj Cucak (Macarıstan, 108), Qoran Pandev (Şimali Makedoniya, 108) və Edin Ceko (Bosniya və Herseqovina, 108) hesabına arta bilər. 

Qeyd edək ki, AVRO-2020 iyulun 12-dək davam edəcək. A qrupunun 3 oyunu və 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda təşkil olunacaq.