04.03.2020 14:40
582

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Cempion.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədiylə “Sumqayıt” Futbol Akademiyası və “Sumqayıt” Futzal Məktəbinin bütün məşqləri martın 10-dək ləğv olunub.
Qeyd edək ki, “Zirə”, “Neftçi” və “Qarabağ” klublarının futbol akademiyalarında bütün komandaların məşqləri dayandırılmışdı.