cümə axşamı, 19 iyun 2025

DÜNYA FUTBOLU

Avrokubok matçları azarkeşsiz oynanıla bilər

04.03.2020 15:47 Oxundu 437


Dünyada geniş yayılan koronavirus epidemiyasına görə İspaniyada keçiriləcək avrokubok matçları azarkeşsiz oynanıla bilər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” və “Valensiya” – “Atalanta” oyunları, eləcə də, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları  keçiriləcək “Sevilya” – “Roma” və “Xetafe” – “İnter” görüşləri azarkeşsiz oynanıla bilər.