şənbə, 24 may 2025

VOLEYBOL

Voleybol çempionatı da təxirə salındı

04.03.2020 18:28 Oxundu 466


Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.
Cempion.az xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində baş tutmalı olan oyunlar təxirə salınıb. Oyunların keçrilmə vaxtı hələ dəqiqləşməyib.