şənbə, 03 may 2025

GÜLƏŞ

Cüdo üzrə Qran-pri turniri ləğv olunub - Koronavirusa görə

04.03.2020 18:57 Oxundu 537


Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.
Cempion.az Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.