şənbə, 03 may 2025

BİZİM FUTBOL

Bütün uşaq komandaları məşqləri dayandırdı

04.03.2020 19:35 Oxundu 433


Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Cempion.az xəbər verir ki, ilk olaraq "Neftçi” və "Zirə" akademiyalarındakı komandaların martın 10-dək olan məşqlərinin ləğv olunduğunu açıqlayıb.

Bildirilib ki, sözügedən addım koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.

Xatırladaq ki, bu gün  "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları rəsmi saytlarında eyni səbəbdən akademiyalarındakı bütün komandaların məşqləri martın 10-dək ləğv olunduğu diqqətə çatdırılıb.

"Qəbələ" Futbol Akademiyasıda sosial şəbəkə üzərindən xəbər yayıb ki, onlar da digə klublar kimi məşqləri dayandırıblar. Həmçinin "Səbail" və "Sabah" klubunun Mətbuat xidmətindən verilən məlumata əsasən, sözügedən klubların da aşağı yaş qruplarındakı komandaların məşqləri müvəqqəti dayandırılıb.

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları ləğv edib.