04.03.2020 22:45
417

"Kristal Pelas" Türkiyə millisinin üzvü Cenk Tosunla icarə müqaviləsini ləğv edib.
Cempion.az Britaniya klubun rəsmi sayıtına istinadən xəbər verir ki, buna onun məşq zamanı dizindən ciddi zədə alması səbəb olub. 7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən 28 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb. Onun müalicəsinin "Everton"da davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, C.Tosun qış transfer pəncərəsində "Kristal Pelas"a icarəyə göndərilmişdi.