şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

İranda futbol oyunları təxirə salındı

05.03.2020 10:25 Oxundu 423

 

İranda koronavirus səbəbindən futbol matçları təxirə salınıb.

Cempion.az IRNA-ya istinadən xəbər verir ki, 1,2 və 3-cü liqalarda oyunların martın 20-dək təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92, virus daşıyıcılarının sayının 2 922 nəfərə çatdığını açıqlayıb.